Çinin "Yangwang" idman avtomobilləri şirkəti "Y9 Xtreme" adlı xüsusi hazırlanan versiyasını təqdim edib.
Lent.az xəbər verir ki, bu model dünyanın ən sürətli avtomobili hesab olunur. "Yangwang Y9 Xtreme" Ginnesin Rekordlar Kitabına da düşüb.
Unikal avtomobilin sürəti Almaniyada xüsusi yarış yolunda 496.2 km/saata çatıb. Bu avtomobil üçün xüsusi olaraq hazırlanmış təkərlər 500 km/saata qədər sürət üçün nəzərdə tutulub.
"Yangwang Y9 Xtreme" modelindən 30 ədəd məhdud sayda istehsal ediləcək.