Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki ilə müqayisədə 850 min nəfər azalıb.
Lent.az bildirir ki, Çin Milli Statistika Bürosunun hesabatına istinadən “China News”in xəbərinə görə, azalma 60 ildə ilk dəfə qeydə alınıb.
Sənəddə bildirilir ki, 2022-ci ilin sonuna əhalinin sayı 1 milyon 411 milyon 750 min nəfər olub ki, bu da 2021-ci ilin sonundakı ilə müqayisədə 850 min nəfər azdır. Son bir il ərzində ölkədə 9,56 milyon uşaq doğulub, 10,41 milyon insan dünyasını dəyişib. Çin əhalisi sonuncu dəfə 1960-cı illərdə azalıb.
Rəsmi rəqəmlərə görə, hazırda Çində 722 milyon kişi və 689,69 milyon qadın yaşayır. Beləliklə, hər 100 qadına 104 kişi düşür. Çində 16 yaşdan 59 yaşa qədər olan 875,56 milyon (62 faiz) əmək qabiliyyətli vətəndaş var.
Statistikada Çinin özününkü hesab etdiyi Honq-Konq, Makao və Tayvan istisna olmaqla, Çinin 31 əyalətinin əhalisi nəzərə alınırr. Bundan əlavə, ölkədə yaşayan əcnəbilər də daxil deyil.