Rusiyanın dövlət “Roscosmos” korporasiyasının perspektivli proqramlar və elm üzrə icraçı direktoru Aleksandr Bloşenko rus kosmonavtların Aya göndərilməsi üçün 400 milyard - 1,7 trilyon rubl arasında vəsait xərcləndiyini açıqlayıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, astronavtların Aya enməsi 2030-cu ilə planlaşdırılır.
İcraçı direktor qeyd edib ki, super ağır raketin yaradılması üçün 0,8 trilyon rubl həcmində vəsait tələb olunur.
Bloşenko əlavə edib ki, “Angara-A5V” raketinin hidrogen versiyasının "büdcə" variantı da nəzərdən keçirilib.
Həmçinin “Roskosmos” heyvanları aya göndərmək üçün yeni nəsil "Return-MKA-L" kosmik gəmisinin hazırlanmasını sifariş edib.