Bəzi dövlət işçilərinin pensiya təyinatında YENİ QAYDA
25 sentyabr 2026 12:27 (UTC +04:00)

Bəzi dövlət işçilərinin pensiya təyinatında YENİ QAYDA

0

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

“Birinci istiqamət dövlət qulluqçularının pensiya sisteminin təkmilləşdirilməsidir. Təklif olunan dəyişikliklərə görə yeniliklər pensiya qanunvericiliyində tətbiq olunacaq. Nəticədə xüsusi şərtlərlə pensiya alan bir sıra şəxslərin pensiya təyinatı mexanizmlərinə dəyişiklik edilərək bu şəxslərə təyin olunacaq pensiya ilə onların əməkhaqqı arasındakı əlaqə aradan qaldırılır, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyinatı mexanizmi müəyyən edilir. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən umumı əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək, pensiya məbləği ilə yanaşı, indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyalarına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək”, - deyə komtə sədri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar