Türkiyənin Antalya vilayətində Manavqat qəsəbəsinin Kalemler məhəlləsində güclü yanğın olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, nəticədə məhəllədəki evlərin əksəriyyəti və çöllük ərazi tamamilə yanıb külə dönüb. Ancaq yerli sakinlərin etirazı səbəb olan məqam budur ki, yanğın zamanı bələdiyyə sədri Şükrü Sözenin ərazidəki villasına cüzi də olsun zərər dəyməyib. Etirazçılar bələdiyyə sədrinin villanı dövlətə məxsus buldozerlərlə qoruduğunu iddia edir.
Belə ki, sədr buldozerlərlə villanın ətrafını tamamilə kol-kosdan təmizlətdirib. Bu səbəbdən kənddə yalnız onun evinə zərər dəyməyib. Etirazçıların sözlərinə görə, Kalemler kəndi tamamilə yandığı halda, bələdiyyə sədrinin villası salamat qalıb.
Onu bu əməlinə görə qınayan şəxslər sədrin dərhal istefa verməsini tələb ediblər.