ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistana səfər etməkdən çəkindirməyə çağırıb.
Lent.az-ın Departamentin rəsmi saytına istinadən məlumatına görə, buna səbəb Ermənistanda koronovirusa yoluxma riskinin yüksək olmasıdır.
Departament həmçinin ABŞ vətəndaşlarının Dağlıq Qarabağın konkret rayonlarına səfərdən də çəkindirib: “ABŞ hökuməti öz vətəndaşlarına Dağlıq Qarabağda lazım gələn anda təcili xidmət göstərə bilməyəcək. Çünki bu rayonlara girişdə məhdudiyyət var”.