Türkiyənin Van vilayətinin Başqala rayonunda 3,7 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 22.33-də yerin 8 kilometr dərinliyində baş verib.
Zəlzələnin episentri Ömərdağı Məhəlləsi olub.