Türkiyənin İstanbul şəhərindəki sexlərdən birində 1 milyon saxta ətir ələ keçirilib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhər Polis İdarəsinin Təhlükəsizlik Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə 1 milyon saxta ətir, 1 ton etil spirti, 1 ton kimyəvi maddə və 4 ədəd dəzgah aşkar edilərək götürülüb.