Serbiyada sonuncu hərbi cinayətkar yaxalandı
20 iyul 2011 13:44 (UTC +04:00)

Serbiyada sonuncu hərbi cinayətkar yaxalandı

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Serbiyanın “B92” telekanalı məlumat yayıb.

Qoran Xaciç Haaqa Tribunalının Balkan yarımadasındakı hərbi cinayətlərlə bağlı axtardığı sonuncu hərbi cinayətkardır. Onun həbsi barədə iyulun 19-da məlumat yayılsa da, sonradan təkzib olunub. Yaxın saatlarda Serbiya prezidenti Boris Tadicin həbs olunduğunu rəsmən bəyan edəcək.

Serbiya əsilli xorvat siyasətçi olan Qoran Xaciç 1992-1995-ci illərdə Xorvatiya ərazisində yaradılmış tanınmamış Serbiya Diyarı Respublikasının rəhbəri olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal 2004-cü ildə hərbi və insanlıq əleyhinə cinayətlərlə bağlı 14 epizod üzrə ona qarşı ittiham irəli sürüb. Qoran Xaciç 1991-1993-cü illərdə dinc xorvat əhalinin deportasiyası və öldürülməsinə ittiham olunur.

ABŞ Qoran Xaciçin yaxalanmasına kömək edən şəxsə 5 milyon dollar mükafat təyin edib. Serbiya hakimiyyəti də onun yeri barədə məlumat verəcək şəxsə 1,4 milyon dollar vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar