Kərzainin məsləhətçisini də öldürdülər
Bir neçə gün əvvəl “Taliban” tərəfindən qardaşı öldürülən Əfqanıstan prezidenti Həmid Kərzainin bazar günü məsləhətçisi də hücuma məruz qalıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, iyulun 17-də Əfqanıstan prezidentinin məsləhətçisi Can Məhəmmədin Kabildəki evinə 3 nəfər silahlı hücum çəkərək onu öldürüb.
Can Məhəmməd Uruzgan vilayətinin sabiq valisi olub. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Məhəmməd Zahir silahlı hücum zamanı Əfqanıstan prezidentinin məsləhətçisi ilə bərabər, bir millət vəkilinin də həyatını itirdiyini açıqlayıb.

549