Vatikan seksual təcavüz iddiaları ilə bağlı məhkəməyə verildi
03 iyun 2011 10:13 (UTC +04:00)

Vatikan seksual təcavüz iddiaları ilə bağlı məhkəməyə verildi

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, iddiaçılar Vatikan və Belçika Kilsəsinin din adamlarının uşaqlara cinsi təcavüzünü görməməzliyə vurmaqda günahlandırırlar.

Belçika Kilsəsi katolik din adamlarının təcavüzünə məruz qalan insanlara təzminat ödənəcəyini açıqlasa da, Belçikanın Gent Şəhər Məhkəməsi iddiaya baxacağını açıqlayıb. Şikayətçilərin vəkili Christine Mussche deyib ki, Belçika Kilsəsinin təzminat ödəyəcəyi ilə bağlı vədi müsbət təklif olsa da, hələ yalnız sözdən ibarətdir: “Kilsə illərdir ki, cinsi təcavüz iddialarını inkar edir, biz bu vəziyyəti dəyişdirəcəyik”.

Vatikan isə hələ ki, susur.
# 367

Oxşar yazılar