Latviyanın yeni prezidenti seçilib
02 iyun 2011 19:52 (UTC +04:00)

Latviyanın yeni prezidenti seçilib

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, prezident postu uğrunda hazırkı dövlət başçısı Valdis Zatlers və Latviya Ticarət-Sənaye Palatasının sabiq rəhbəri Andris Berzinış mübarizə aparıb. Prezidenti parlamentin seçdiyi Latviyada ilk turda qələbə qazanmaq üçün 100 deputatdan ən azı 51-nin səsi tələb olunur. A.Berzinış 53 deputatın səsini qazanmağa müvəffəq olub.


Qeyd edək ki, Latviyanın fəaliyyətdə olan prezidenti V.Zatlers mayın 28-də Seymin buraxılması prosedurunun başlandığını elan edib.
# 584

Oxşar yazılar