İbrahim Tatlısəs və Alişanı həbs etmək istəyirlər
Mart ayında başından ağır güllə yarası alan və Almaniyada müalicə alan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs və müğənni Alişana bəd xəbər gəlib.
Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, müğənnilər Türkiyədə “Torpaq əməliyyatı” adı ilə məşhurlaşan, 42 nəfərin mühakimə olunduğu proses çərçivəsində yenidən mühakimə olunacaqlar.
Qeyd edək ki, İstanbul 10-cu Ağır Cəza Məhkəməsi cinayətkar qruplaşmaya bilərək və istəyərək yardım etməkdə günahlandırılan Tatlısəs və Alişanı 1 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. Ancaq məhkəmə hər iki müğənninin yenidən cinayət əməlinə yol verməyəcəyinə əmin olduğu üçün onların cəzasını təxirə salıb. Bu o demək idi ki, 5 il ərzində onlar cinayət törətməsələr, 1 il 10 ay 15 gün azadlıqdan məhrum edilmələri barədə qərar qüvvədən düşəcəkdi.
İstanbul 10-cu Ağır Cəza Məhkəməsi bu barədə çıxardığı qərarı Apelyasiya Məhkəməsinə göndərib. Ancaq Apelyasiya Məhkəməsi İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin müğənnilərin azadlıqdan məhrum edilməsi qərarının təxirə salmasını doğru saymayıb. Apelyasiya Məhkəməsi Tatlısəs və Alişanın 1 il 10 ay 15 gün azadlıqdan məhrum edilməsi qərarının təxirə salınmadan yerinə yetirilməsini istəyib və Apelyasiya Məhkəməsinin bu qərarı bu gün İstanbul 10-cu Ağır Cəza Məhkəməsinə təqdim olunub.
İndi prosedura əsasən, İstanbul 10-cu Ağır Cəza Məhkəməsi bu cinayət işini yenidən araşdıracaq və təkrar qərar verəcək.

551