ABŞ kiberhücuma hərbi zərbə ilə cavab verəcək
01 iyun 2011 18:46 (UTC +04:00)

ABŞ kiberhücuma hərbi zərbə ilə cavab verəcək

ABŞ Müdafiə Nazirliyi ölkənin kiberhücuma məruz qaldığı təqdirdə Amerika maraqlarının qorunması üçün “bütün mümkün vasitələrdən” istifadə etməyi nəzərdə tutur. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda Pentaqon tərəfindən ABŞ-ın hərbi rəhbərliyi üçün müvafiq qaydalar hazırlanır.



Amerika hərbçilərinin bu bəyanatı iki həftə qabaq kiberməkanla bağlı Beynəlxalq Strategiyanın açıqlanmasından sonra səsləndirilib. Bu strategiyada xüsusi olaraq qeyd olunur ki, ABŞ vacib kiberresurslarının müdafiəsi üçün “bütün lazımi vasitələrdən” istifadə edəcək. Sənədə əsasən ABŞ kiberməkanda ona qarşı yönəldilmiş düşmən fəaliyyətinə cavab olaraq digər əks-tədbirlərlə yanaşı, o cümlədən hərbi tədbirlərin həyata keçirilməsi hüququnu özündə saxlayır.


Çərşənbə axşamı Pentaqon nümayəndəsi polkovnik Deyvid Leypen bunu bir daha bəyan edib: “Bizə qarşı hücum törədildiyi halda, bunu hərbi təhdidlə eyni səviyyədə tutaraq, istənilən həcmdə bütün mümkün əks-tədbirləri həyata keçirmək hüququnu özümüzdə saxlayırıq. Bundan əlavə, digər variantlar da mövcuddur”.
# 426

Oxşar yazılar