Daha bir ölkədə hicab və çadra qadağan olundu
Belçika Senatı ictimai yerlərdə hicab və çadra taxılmasına qadağanı nəzərdə tutan və bundan əvvəl parlamentin aşağı palatasında qəbul edilən qanunu bəyənib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bununla da qanun avtomatik qüvvəyə minib.
Qanun ictimai yerdə hicab və çadra ilə gəzən, üzü tam və qismən örtülü istənilən qadının 15-20 avro cərimə edilməsini nəzərdə tutur. Senatda qanun layihəsini yaşıllar istisna ilə, bütün partiyaların təmsilçiləri səs veriblər.
Xatırladaq ki, analoji qadağa aprelin ortalarından Fransada qüvvəyə minib.

592