Obama fələstinlilərin sürətlə artmasından narahatdır
ABŞ prezidenti Barak Obama İordon çayının qərb sahilində fələstinlilərin sürətlə artmasından narahatdır. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Binyamin Netenyahu ilə görüşü barədə danışan Barak Obama deyib ki, İordan çayının qərb sahilində fələstinlilərin sürətlə artması həm İsrail, həm də Fələstində demoqrafik vəziyyətə ciddi təsir göstərir.
O bildirib ki, sülh sazişi imzalanmadan İsrailin həm yəhudi dövləti, həm də demokratik dövlət kimi mövcudluğu mürəkkəb olacaq. Barak Obama sülh sazişinin imzalanması üçün İsrail və Fələstin arasında 1967-ci il sərhədlərinin qalmasının şərt kimi irəli sürülməsinə qarşı da çıxıb: “İsraillilər və fələstinlilər 1967-ci il 4 iyuna qədər mövcud olan sərhəddən fərqlənən sərhədi müzakirə etməlidirlər. Bunu hər kəs anlayır...”.
Qeyd edək ki, Fələstin rəhbərliyi və ərəb dövlətləri İsrail və Fələstin arasında 1967-ci il sərhədlərinin qəbul edilməsi çərçivəsində sülh müqaviləsi imzalanmasını zəruri sayır. Bu səbəbdən də fələstinlilərin sayının Barak Obamanın son bəyanatının müsəlman dünyasında etirazla qarşılanacağı bəllidir.

555