BVF-in keçmiş rəhbəri həbsxanadan buraxıldı
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının əməkdaşları onu Manhettendəki Yuxarı İst-Saydda yerləşən mənzilə gətiriblər. O, burada ev dustağı kimi qalacaq.
Bununla yanaşı, onun həmin mənzildə çox az qalacağı güman edilir. Çünki jurnalistlər BVF-in keçmiş prezidentinin yeri barədə məlumat əldə edə biliblər. Onun Manhettendə daha təhlükəsiz yerə köçürüləcəyi güman edilir.
Qeyd edək ki, bundan əvvəl vəkillər Stross-Kanın azad edilməsi üçün 1 milyon dollar girov ödəyiblər, eləcə də azad edilmə şərtlərinin pozulduğu təqdirdə daha 5 milyon ödəyəcəkləri ilə bağlı sənəd təqdim ediblər.
Şərtlərə görə, Stross-Kan 24 saat ərzində videonəzarət altında olacaq, eləcə də polisin onu tapması üçün elektron bilərzik gəzdirəcək. Bundan əlavə, ona silahlı mühafizə də veriləcək.

1098