Rusiya Federasiya Şurasının sədri postunu itirdi
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Sergey Mironovun geri çağırılması barədə qərar Sankt-Peterburq qanunverici Məclisində qəbul olunub.
Sergey Mironov məhz Sant-Petrburq Məclisini Rusiya Federasiya Şurasında təmsil edib. Məclisin 43 deputatı onun geri çağırılmasını dəstəkləyib, 5 nəfər isə bu qərarın əleyhinə səs verib.
Ədalətli Rusiya Partiyasının rəhbəri olan Sergey Mironovun postunu itirməsinin səbəbi hakim Vahid Rusiya Partiyası ilə münasibətlərinin pozulmasıdır. Sergey Mironov Rusiya Federasiya Şurasının sədri olduğu halda Sankt-Peterburq Məclisini və şəhərin icra hakimiyyətini, xüsusən qubernator Valentin Matviyenkonu tənqid edib.
Rusiya prezidenti Dmitri Medvedev Sergey Mironovun geri çağırılmasını siyasi mübarizənin nəticəsi kimi dəyərləndirib. Sergey Mironovun postunu onun birinci müavini Aleksandr Torşin tutacağı gözlənilir. Spikerin digər müavini Svetlana Orlovun da adı namizədlər sırasında hallandırılır.
Sergey Mironov 2001-ci ildən Sankt-Peterburq Məclisini Rusiya Federasiya Şurasında təmsil edib.

488