“Əl-Qaidə”nin yeni liderləri – SİYAHI
Üsamə bin Ladenin ölümündən sonra lidersiz qalan “əl-Qaidə” terror təşkilatının rəhbərliyində yer alan şəxslər məxfi toplantı keçiriblər. Lent.az-ın verdiyi məlumata görə, Pakistanın “The News” qəzeti yazıb ki, toplantıda təşkilatın komanda nəzarət bölməsinə Seyful Adel rəhbər təyin edilib.
Əvvəllər Misir ordusunda xidmət etmiş Seyful Adel sonradan Eyman əl-Zevahiri ilə birlikdə Misir prezidenti Ənvər Sədata qarşı mübarizə aparıb. Seyful Adel “əl-Qaidə”nin komanda nəzarət bölməsinə müvəqqəti rəhbərlik edəcək. Bu vəzifəyə hazırda bir Afrika ölkəsində olan Muhammed Mustafa Yemni gətiriləcək.
Üsamə bin Ladenin sağlığında “əl-Qaidə”nin ikinci adamı olan və hərbi qanada rəhbərlik edən Eyman əl-Zevahiri’nin öz vəzifəsində qalacaq. O, eyni zamanda terror təşkilatının beynəlxalq əlaqələrini də nəzarətdə saxlayacaq.
Toplantıda “Əl-Qaidə”nin idarə edilməsində yer alacaq digər şəxslər də müəyyənləşdirilib. Adnan əl-Kaşri “əl-Qaidə”nin kəşfiyyat fəaliyyətinə, Muhammed Nasır əl-Vaşi Ebu Nasir terror təşkilatının Afrika qoluna, Muhammed Adem Han Afgani terror təşkilatının Əfqanıstan-Vəziristan qoluna rəhbərlik edəcək. Fahad əl-Kava isə təcili əməliyyatlar bölməsinin rəhbəri təyin olunub. Üsamə bin Ladenin övladlarından heç biri “əl-Qaidə”də səlahiyyətli şəxs təyin edilməyiblər.
Beləliklə, bu dəyişikliklərdən sonra “əl-Qaidə”də idarəçilik misirlilərin əlinə keçib.

520