BVF prezidenti adada yerləşən həbsxanaya aparılıb
17 may 2011 10:55 (UTC +04:00)

BVF prezidenti adada yerləşən həbsxanaya aparılıb

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Raykers-Aylend həbsxanası eyni adlı adada yerləşir və 14 min məhbus üçün nəzərdə tutulub.

Dominik Stross-Kan bu həbsxanada məhkəmə prosesini gözləyəcək. Təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə BVF prezidenti təkadamlıq kamerada saxlanılır. O, ən azı növbəti məhkəmə dinləməsinə qədər həbsxanada qalacaq.

Xatırladaq ki, şənbə günü 32 yaşlı bir qadın Manhettendəki “Sofitel” mehmanxanasında Dominik Stross-Kanın qaldığı nömrəni təmizlədiyini və bu zaman hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng açıb. Polis mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Polis otaqda yalnız mobil telefon və BVF prezidentinin digər əşyalarını aşkarlayıb. Yarım saat sonra isə BVF prezidenti aeroportda saxlanılıb.

Fransa Sosialist Partiyasının rəhbəri olan olan Dominik Stross-Kan qarşıdan gələn seçkilərdə prezident Nikolya Sarkozinin əsas rəqibi sayılırdı və seçkilərdə qalib gələcəyi şübhə doğurmurdu. O, 3 dəfə ailə həyatı qurub. Dominik Stross-Kanın həbsi Fransada şok effekti yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar