İsrail ərəb dövlətlərinə xəbərdarlıq etdi
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə İsrail xarici işlər nazirinin müavini Dani Ayalon məlumat verib. Dani Ayalonun sözlərinə görə, İsrail qonşu ərəb ölkələrindən təkidlə xahiş edib ki, gələcəkdə istənilən halda sərhədlərin pozulmasına yol verilməsin. O, 15 mayda Suriya və Livanla sərhəddə baş verən qanlı olayın da təhlükəsizlik orqanları tərəfindən ciddi araşdırıldığını vurğulayıb. Dani Ayaln vəziyyətə nəzarəti əlində saxlaya bilmiş İsrail komandirlərinə və əsgərlərinə də təşəkkür edib.
494