Mahmud Əhmədinejad: “Bin Laden ABŞ-ın əsiri olub”
16 may 2011 13:11 (UTC +04:00)

Mahmud Əhmədinejad: “Bin Laden ABŞ-ın əsiri olub”

Lent.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad bunu “Press TV” telekanalına müsahibəsi zamanı dilə gətirib.

İran prezidenti amerikalıların Üsamə bin Ladeni nə vaxt əsir aldıqlarını, öldürənə qədər harada saxladıqlarını isə açıqlamayıb. Onun sözlərinə görə, amerikalılar Üsamə bin Ladeni xəstə vəziyyətinə salsalar da, buna baxmayaraq, onu öldürüblər.

Mahmud Əhmədinejad hesab edir ki, Üsamə bin Laden siyasi məqsədlə öldürülüb. Məqsəd Barak Obamanın yenidən prezident seçilməsi olub. İran prezidentinə görə, hazırda Vaşinqton əl-Qaidə terror təşkilatına yeni rəhbər axtarır.

Mahmud Əhmədinejad bu informasiyaları hansı mənbədən aldığını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar