NATO Qəddafinin generalını öldürdü
Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, general-leytenant Milad Hüsseyn Fuki həlak olub.
Milad Hüsseyn Fuki prezident Müəmmər Qəddafinin yaxın adamlarından olub. Liviya İnqilab Komitəsinin üzvü olan Milad Hüsseyn Fuki hökumətdə eyni vaxtda bir neçə hərbi vəzifə tutub, eyni zamanda Liviya Silahlı Qüvvələrinin mətbuat katibi kimi vəzifəsini icra edib.
Bu arada Liviyada neft çıxarma ilə məşğul olan “Arab Gulf Oil Company” şirkəti fəaliyyətini dayandırdığını bəyan edib. Şirkətin yaydığı açıqlamada deyilir ki, Müəmmər Qəddafiyə sadiq qüvvələr və üsyançılar arasında döyüşlərin getdiyi bir vaxtda fəaliyyət göstərmələri mümkün deyil. “Arab Gulf Oil Company” şirkətinin Liviyada fəaliyyətini dayandırmasının dünya neft bazarlarına ciddi təsir göstərəcəyi gözlənilir.

500