Əhmədinejad 3 naziri qovdu
İran prezidenti Mahmud Əhmədinejad 3 naziri vəzifəsindən azad edib. Lent.az-ın verdiyi məlumata görə, bu barədə İran prezidentinin rəsmi saytı məlumat yayıb.
Neft naziri Seyd Məsud Mirkazimi, sosial təminat naziri Sadıq Mahsuli və sənaye və filiz naziri Əliəkbər Mehraibi postlarını itiriblər.
Xatırladaq ki, 1 ay əvvəl Mahmud Əhmədinejad İranın kəşfiyyat nazirini vəzifəsindən azad etsə də, ali dini lider ayətulla Xamneyi onu postuna bərpa edib. Bu, prezidentlə ali dini lider arasında münasibətlərin gərginləşməsinə yol açıb. Mahmud Əhmədinejad 1 həftəyə yaxın işə çıxmayıb. Əli Xamneyinin Mahmud Əhmədinejadın 3 naziri vəzifəsindən azad etməsinə necə reaksiya verəcəyi gözlənilir.

419