Müsəlman Qardaşlarının lideri prezident olmaq istəyir
Misirdə Hüsnü Mübarək rejiminin devrilməsində xüsusi rol oynamış Müsəlman Qardaşları Hərəkatının liderlərindən biri olan Abdel Moneim Abud Fotux ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Lent.az-ın “The Walll Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, bu, Müsəlman Qardaşları Hərəkatının bundan əvvəl seçkilərdə öz namizədləri ilə iştirak etməyəcəyi barədə ortaya qoyduğu rəsmi mövqeyə ziddir.
Müsəlman Qardaşları Hərəkatının rəhbərliyi isə prezident seçkilərində iştirak etmək istəyən Abdel Moneim Abud Fotux ilə yollarını ayırmağa hazırlaşır. Əgər Abdel Moneim Abud Fotux özü təşkilatı tərk etməzsə, o, təşkilat sıralarından xaric olunacaq.
Qeyd edək ki, Abdel Moneim Abud Fotux 1987-ci ildən Müsəlman Qardaşları Hərəkatının rəhbər postlarında yer alır. O, 1996-2001-ci illərdə bu Hərəkatda təmsil olunduğu üçün azadlıqdan məhrum edilib. Abdel Moneim Abud Fotux hazırda Müsəlman Qardaşları Hərəkatının rəhbər orqanı olan Şura Məclisində təmsil olunur.

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15