Mübarəkin İsveç banklarındakı sərvəti Misirə qaytarılır
12 may 2011 18:23 (UTC +04:00)

Mübarəkin İsveç banklarındakı sərvəti Misirə qaytarılır

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Misir rəsmiləri Hüsnü Mübarəkin İsveçrə banklarındakı əmlakının ölkəyə gətirilməsi üçün isveçrəli yetkililərlə müzakirələr apardıqlarını bildiriblər. Misir Qanunsuz Qazanclar Komissiyasının sədri İsam əl Qohari Hüsnü Mübarəkin sərvətini yenidən ölkəyə gətirmək üçün bütün lazımi sənədləri hazırladıqlarını söyləyib. İsveçrənin Qahirədəki səfiri Dominik Fürqler isə keçirdiyi mətbuat konfransında bu məsələdə Misir hökumətinə yardımçı olacaqlarını dilə gətirib.

Qeyd edək ki, Hüsnü Mübarəkin ümumilikdə 74 milyard dollarlıq sərvətinin olduğu bildirilir. İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Lars Knuşel 3 ay öncə verdiyi açıqlamada ölkəsində mübarəkə aid ola biləcəyi düşünülən bank hesablarının dondurulduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar