Quantanamo yenə ABŞ-ın baş ağrısına çevrildi
Quantanamoda 15 yaşlı bir məhkumun istintaqa cəlb edildiyinə dair görüntülərin keçən həftələrdə internetdə yayılması ABŞ-ın Kubadakı mübahisəli həbsxanası ilə bağlı diskussiyaları yenidən gündəmə gətirib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın prezident seçildiyi təqdirdə bağlanacağını vəd etdiyi, amma hələ də qapadılmayan Quantanamo məhkumların ağır şərtlər altında saxlanması səbəbindən mübahisə mövzusudur.
ABŞ hökuməti tənqidləri azaltmaq məqsədi ilə məhkumların ziyarət edilməsinə icazə verməyə hazırlaşır. Beynəlxalq Qızıl Xaç Komitəsinin Quantanamodakı məhbusların vəziyyəti ilə bağlı ABŞ rəsmiləri ilə müzakirələrə başladığı bildirilir. Müzakirələr müsbət nəticələnərsə, ailələrinin məhkumları ziyarət etməsinə izin veriləcək. Ancaq ziyarət qərarı çox təhlükəli məhkumlara aid edilməyəcək.
Qeyd edək ki, Quantanamoda 172 məhbus saxlanılır. Onlardan ən azı 48-in heç bir halda azadlığa buraxılmayacağı bildirilir.

465