Yəməndə yenə qan axdı
Yəməndə son günlərdə yenidən başlayan gərginlik artaraq davam edir. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, paytaxt Sənada minlərlə aksiya iştirakçısının üzərinə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində ən azı 3 nəfər ölüb, onlarla insan yaralanıb.
Prezident Əli Abdulla Salehin istefasını tələb edən nümayişçilərin dövlət binalarına yürüşünün qarşısı alınıb. Taiz şəhərində isə dövlət binalarına girişi bağlamağa çalışan nümayişçilərə polis atəş açıb, nəticədə 2 nümayişçi snayper atəşiylə öldürülüb, onlarla insan yaralanıb.
Nümayişlərə bəzi tayfaların də qatılması ilə birlikdə ölkənin neft və qaz istehsal mərkəzi olan Maaribə nəqliyyatın hərəkəti kəsilib, ölkədə yanacaq böhranı başlayıb. Hökumət yanacaq böhranını həll etmək üçün Səudiyyə Ərəbistanından neft almağa çalışır. Yanacaq problemi səbəbindən ölkənin uzaq bölgələrinə su da verilmir.

376