İnsanlar Romadan kütləvi şəkildə qaçırlar
11 may 2011 10:39 (UTC +04:00)

İnsanlar Romadan kütləvi şəkildə qaçırlar

İtaliyanın paytaxtı Romadan kütləvi qaçış başlayıb. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, minlərlə Roma sakini şəhəri tərk edir.

Buna səbəb müstəqil seysmoloq Rafaelya Bendandinin mayın 11-də Romada zəlzələnin baş verəcəyi ilə bağlı irəli sürdüyü proqnozdur. Rafaelya Bendandi seysmik hadisələrin proqnozlaşdırılması nəzəriyyəsini hazırlayıb, ancaq bu nəzəriyyə dünya elmi tərəfindən tanınmayıb. Lakin hesab olunur ki, o, 1976-cı ildə Friuli vilayətində baş verən zəlzələni öncədən proqnozlaşdırıb.

Hələ bir neçə gün əvvəldən başlayaraq Romada mağazaların bir çoxunda fəaliyyətlərini müvəqqəti dayandıracaqları barədə elanlar asılıb. Mağaza sahibləri və satıcılar bu təhlükəli günü şəhərdən kənarda keçirməyə üstünlük verirlər. Roma meriyası şəhər sakinlərini sakitləşdirmək üçün xüsusi “qaynar xətt” açmağa məcbur olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar