Qızıl Ordu parada hazırlaşır
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt Moskvada nüvə başlıqlı raketlərin və tankların keçəcəyi Qızıl Meydanda dünən gecə saatlarına qədər təlim keçirilib.
Mayın 9-da isə quru qoşunları ilə bərabər, hava qüvvələrinə aid yeni nəsil təkmilləşdirilmiş hərbi təyyarələr Yak-130, çoxməqsədli hərbi təyyarə Su-34 və ağır yük daşıya bilən Mi-26 vertolyotları da Kremlin üzərindən uçacaq. Paradda 20 min əsgərin iştirak edəcəyi planlaşdırılıb.
Nüvə başlığı daşıya bilən Topol-M raketlərinin də sərgilənəcəyi parada 100-ə qədər ağır hərbi texnikanın çıxarılması da gözlənilir. Bununla yanaşı, Mİ-8 çoxməqsədli təyyarə havada Rusiya bayrağını və gerbini daşıyacaq.

635