Pakistan Üsamə bin Ladenin öldürülməsinə etiraz etdi
Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın rəsmi İslamabadla razılaşdırmadan ölkə ərazisində “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi əməliyyatının keçirilməsinə etiraz edib. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, rəsmi icazə alınmadan belə əməliyyatın keçirilməsi hüquqi qaydaların aşılması deməkdir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta “Taym” jurnalına müsahibəsində deyib ki, informasiya sızmasından ehtiyat edildiyi üçün Pakistan təhlükəsizlik qüvvələrinə məlumat verilməyib.

437