ATƏT Qazaxıstandakı prezident seçkilərini tənqid etdi
04 aprel 2011 15:55 (UTC +04:00)

ATƏT Qazaxıstandakı prezident seçkilərini tənqid etdi

0
Bazar günü Qazaxıstanda keçirilən prezident seçkiləri ATƏT-in demokratik standartlarına cavab vermir. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu, ATƏT-in yaydığı hesabatda əksini tapıb.

Keçən ilki seçkilərdəki çatışmazlıqların yenə qeydə alındığını bildirən ATƏT müşahidəçiləri seçkilərin texniki baxımdan qənaətbəxş səviyyədə təşkil olunduğunu, ancaq seçki məntəqələrinə müxalifət nümayəndələrinin tam buraxılmadığını qeyd ediblər. Namizədlər də hazırkı prezident Nursultan Nazarbayevlə rəqabət aparmağa çalışmayıblar. ATƏT seçki prosesini qeyri-şəffaf hesab edir.

Hesabatda ATƏT müşahidəçilərinin bir sıra seçki məntəqələrinə buraxılmaması da əksini tapıb. Seçki bülletenlərinin topa-topa seçki qutularına atılması da qeyd alınıb. ATƏT-in Qazaxıstandakı missiyasının rəhbəri Daan Evert deyib ki, seçkilər onlar gözləyən səviyyədə keçməyib.

Seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti isə seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirdiyini açıqlayıb. Nümayəndə heyətinin rəhbəri Yuliii Levoçkin hesab edir ki, ötən seçkilərlə müqayisədə irəliləyiş müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar