Mübarək üçün qərar anı
Qahirənin Təhrir meydanına prezident Hüsnü Mübarəkin istefasını tələb edən yüz minlərlə insan toplaşıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, az əvvəl meydana toplaşan insanlar cümə namazı qılıblar.
Bu saatlarda meydana insan axını davam edir. “Əl-Cəzirə” telekanalı məscidlərdə din xadimlərinin insanları sakitliyə çağırdığını, qarşıdurmanı əngəlləməyə çalışan ordunu təriflədiyini bildirib. Bu saata qədər Təhrir meydanında hər hansı qarşıdurma yaşanmayıb. Meydanın yaxınlarında olan Hüsnü Mübarək tərəfdarları prezident əleyhdarlarının meydanı doldurmasından sonra geri çəkiliblər.
Qeyd edək ki, bu gün müxalifətin Hüsnü Mübarəkin hakimiyyətdən getməsi üçün verdiyi müddət başa çatır. Müsəlman Qardaşları Hərəkatı bu gün Prezident Sarayına yürüşün keçiriləcəyini elan edib.

597