“İdeal əsgər”ə qarşı yorulmaz savaşın sərkərdəsi - HEKAYƏT
O, piyadalar əleyhinə minaların qadağan edilməsi hərəkatının yaradıcısıdır!
O, “piyada əleyhinə minaların qadağan və ləğv edilməsi fəaliyyətinə görə” Nobel mükafatına layiq görülüb!
O, bir QADIN idi, bir müəllim idi və atması gərəkən addımı atdı. Piyada əleyhinə mərmilərin qadağan edilməsi hərəkatını yaratdı. Heç bir mükafat və qarşılıq gözləmədən… Təzyiqlərə də məruz qaldı, əziyyətlərə də, amma sevgilər də qazandı özü də milyonlarla insanın… O, sözün əsil mənasında bir FƏDAKARDIR! SÜLH fədakarı…
Codi Uilyams (Jody Williams), 1950-ci ilin 9 oktyabrında Vermontda anadan olub. Onun ailəsi də bir çox amerikalılar kimi Vyetnamda aparılan müharibəyə qarşı çıxırdı. 1972-ci ildə Codi Uilyams Vermont Universitetində incəsənət sahəsində bakalavr dərəcəsi alır. Onun ingilis və ispan dillərinə böyük marağı var idi və 1974-cü ildə ispan dili, ikinci dil olaraq ingilis dilini tədris etmək üçün magistr dərəcəsini alır.
Bundan sonra o, üz tutur düz Meksikaya və 2 il burada ingilis dilindən dərs deyir. Məhz orada da Codi Uilyams ilk dəfə 3-cü dünya ölkələrinin yoxsulluq problemi ilə üzləşir.
1984-cü ildə isə Codu Uilyams Vaşinqtonda, Con Hopkins Universitetinin beynəlxalq araşdırmalar məktəbinin incəsənət və beynəlxalq münasibətlər sahəsi üzrə növbəti magistr diplomunu alır. ABŞ və Böyük Britaniyada müxtəlif məktəblərdə çalışan Codi Uilyams ən yaxşı müəllim kimi tanınırdı. O, Vaşinqton və Böyük Britaniyada ingilis dilini ikinci dil kimi tədris edirdi. Amma o, təkcə pedaqoji fəaliyyətlə məşğul olmurdu. Codi Uilyams 11 il inkişaf etməkdə olan ölkələrə humanitar yardım sahəsində mütəxəssis kimi işləyərək, ABŞ ictimaiyyətinin diqqətini Mərkəzi Amerika ölkələrinə yönəltməyə çalışırdı. Get-gedə fəaliyyət dairəsini genişləndirən Codi Uilyams, 1984-1986-cı illərdə Nikaraqua və Hondurasda tədris layihəsinin koordinatoru işlədi. Hətta Codi Uilyams bu regionda müfəttiş qruplarına müəyyən müddət rəhbərlik edir. 1986-cı ildən 1992-ci ilədək Los-Ancelesdə Salvadora tibbi yardım mərkəzinin direktor müavini kimi çalışır.
Dünyada beynəlxalq elçi kimi tanınan Codi!
Onun humanitar sahədə gördüyü işlər artıq çoxlarının diqqətini cəlb edirdi. Amerikanın Vyetnam Müharibəsi Veteranları Fondunun prezidenti Bobbi Müller Codi Uilyamsa piyada əleyhinə minaların qadağan edilməsinə dair yeni təşəbbüsə rəhbərlik etməyi təklif edir. Codi Uilyamsın rəhbərliyi altında bir sıra təşkilatların fəaliyyətlərini bir araya gətirən beynəlxalq hərəkatın fəaliyyət istiqamətləri daha da genişlənir və 1992-ci ildə Piyadalara qarşı minaların qadağan olunması uğrunda Beynəlxalq hərəkat yaranır! (International Campaign to Ban Landmines). Bu hərəkata bir çox ölkələrin qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar da qoşulurlar. Hərəkata qoşulmuş təşkilatlar minaların istehsalının və satışının qarşısını almaq üçün hökumətlərə təzyiq göstərirdilər, minalı zonaların təmizlənməsi üçün hökumətlərin vəsait ayırmasını tələb edirdilər. 1990-cı illərdə Uilyamsın rəhbərlik etdiyi QHT-lər koalisiyası minalar problemini beynəlxalq gündəmin birinci dərəcəli məsələsi olmağına nail olur!
Uilyams, ümumiyyətlə, 55 ölkədən 1000-dən çox ekologiya, qadın, uşaq, dini, tibbi təşkilatları bu kampaniyaya cəlb edə bildi! Ondan soruşanda ki, bu qədər çox təşkilatı birləşdirməyə necə nail oldunuz, Vilyams “e-mailin köməyi ilə” deyə cavab verir!
Amerikanın Veytnam Müharibəsi Veteranları Fondu, Əlillərin Beynəlxalq Təşkilatı, Medikal İnterneşnl, Britaniyanın Müharibəyə Qarşı Təşkilatı və s. təşkilatlar, piyada əleyhinə minalardan istifadəyə, onların istehsalına, satışına və saxlanmasına qadağa qoyulmasını tələb edir, eləcə də mərmilərin təmizlənməsi və faciə qurbanlarına kömək üçün böyük məbləğdə vəsait ayrılması məqsədilə hökumətə təsir göstərməyə başladılar! Codi Uilyamsın rəhbərliyi altında qeyri-hökumət təşkilatları bu problemin beynəlxalq səviyyədə həll edilməsinə nail oldu. O, dünyanın 55 ölkəsindən müxtəlif millətlərin, dinlərin nümayəndələrini, fərqli peşə və yaş qruplarından insanları, çoxlu sayda təşkilatları bu kompaniyaya cəlb edərək, rəhbərlik etdiyi qurumu beynəlxalq aləmdə böyük nüfuz qazanan hərəkata çevirdi! Uzun illər Codi Uilyams “piyada əleyhinə minaların qadağan edilməsi” kompaniyasının baş məsləhətçisi və təmsilçisi olur.
Əsirlərin ailələrinə qovuşmasında o, beynəlxalq elçi kimi tanınır. Müxtəlif ölkələrin hökumətləri, BMT-nin ixtisaslaşmış orqanları, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq içərisində çalışaraq Codi Uilyams ən böyük məqsədinə çata bildi. Belə ki, 1997-ci ildə Oslo Konfransında “piyada əleyhinə minaların istifadəsinin qadağan edilməsinə dair” Konvensiya imzalandı! Bu, onun və tərəfdarlarının zəhmətinin, əməyinin nəticəsi idi. Nobel mükafatçısı Codi Uilyamsın Osloda sülh konfransında deyirdi: “Dövlətin vəzifəsi milyardlarla kaset bombaları ehtiyatlarını yox, dinc əhalini qorumaqdır. Dövlət suverenliyi bəhanəsinə son qoyub, planetin dinc əhalisinin müdafiəsinə təşkil etmək lazımdır!”
Elə həmin il “piyada əleyhinə minaların qadağan və ləğv edilməsi” fəaliyyətinə görə Codi Uilyams Nobel Sülh mükafatına layiq görüldü!
Nobel mükafatının təqdimetmə mərasimindəki çıxışında o deyirdi: “Piyada əleyhinə minalar həmişə yeni qurbanlar yaratmağa hazırdır. O, ideal əsgərdir, …Müharibə qurtarır amma mina öldürməkdə davam edir”.
O, Nobel mükafatçısı kimi müharibə əleyhinə bütün kompaniyalarda fəal iştirak edirdi. Hətta Vaşinqtonda Ağ Evin yaxınlığında İraqda gedən müharibə əleyhinə etiraz nümayişində həbs olunsa da, yolundan dönmədi. O, bir sülh tərəfdarı kimi ABŞ hökumətinin siyasətini tənqid edərək belə bir faktı qeyd edirdi ki, Amerika Qərbdə piyada əleyhinə minalardan istifadəni qadağan edən sənədi imzalamayan yeganə ölkədir. (Bu Konvensiyaya ABŞ-la yanaşı indiyədək Rusiya və Çin də qoşulmamışdır. Beləliklə, 147 ölkə tərəfindən piyada əleyhinə minaların istifadəsinə qadağa qoyulmasına dair əsas razılaşma imzalandıqdan sonra da (2003-cü ilin may ayı) Codi Uilyams dünyanın bütün ölkələrinin bu sənədə qoşulması və başlıcası isə bu razılaşmaya əməl olunması kompaniyasını indi də davam etdirir!
Uzun illər boyunca Uilyams minaların qadağan olunması kampaniyasının baş strateqi və təmsilçisi olur. Əsrlərin qovuşduğu dövrdə Hərəkatın beynəlxalq elçisi və koordinasiya şurasının üzvü oldu. Amma yorulmadı, yolundan dönmədi, heç kəs, heç bir güc onu yolundan döndərə bilmədi! Dünya üçün, Bəşəriyyət üçün, İnsanlıq üçün, onun bu günü və gələcəyi üçün doğru bildiyi yolla prinsiplərindən bir addım belə çəkilməyərək, yürüməkdə davam edir. Və hər gün tərəfdarlarının sayı azalmır, əksinə, artır… O, adını TARİXƏ yazmış bir QADIN, bir ŞƏXSİYYƏT, bir İCTİMAİ-SİYASİ XADİM, bir İNSAN olaraq hələ görəcəyi çox işlərin olduğunu deyir.
Uğurlar, Codi Uilyams…

540