İran NATO-ya satılan yanacağı bahalaşdırır
Lent.az-ın “RİA-Novosti”-yə istinadən məlumatına əsasən, Əfqanıstan maliyyə naziri Ömər Zəhilvalın başçılıq etdiyi nümayəndə heyətinin qonşu ölkəyə səfəri zamanı tərəflər arasında qarşılıqlı anlaşmaya dair sənəd imzalanıb. Nazirin sözlərinə görə, İran neft məhsullarını tranzit keçidinə məhdudiyyət qoyduqdan sonra ölkəsində yanacağın qiyməti 35 faiz bahalaşıb.
Zəhilval qeyd edib ki, memoranduma uyğun olaraq, hər iki ölkənin sərhədyanı gömrük xidmətinin təmsilçiləri tərəflər arasında yaranan problemi çözmək üçün ayda bir dəfə yığışacaq.
“PressTV” bildirib ki, İran hakimiyyəti Əfqanıstana tranzitlə ötürülən yanacağa tətbiq etdiyi bütün yasaqları ləğv edib.
2010-cu ilin martından etibarən İran ərazisindən Əfqanıstana 17 min tanker yanacaq daşınıb. Keçən ilin noyabrından isə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən Əfqanıstana yanacaq daşıyan maşınları Tehran hakimiyyəti İran ərazisindən keçməyə qoymur.
Xatırladaq ki, bu yaxınlarda Əfqanıstandan olan iş adamları Tehran hakimiyyətindən onlara dəyən maddi ziyanı ödəməyi tələb ediblər.
Ölkənin ticarət-sənaye palatasının sədri Məhəmməd Qurban Haqcu jurnalistlərə müsahibəsində bildirib ki, İran hakimiyyətinin qanunsuz davranışı əfqan sahibkarlara milyonlarla dollar məbləğində ziyan vurub və Tehran bunu kompensasiya etməlidir.
Onun sözlərinə görə, İslam Respublikası ikitərəfli müqaviləyə tranzit və beynəlxalq anlaşmanın müddəalarına zidd fəaliyyət göstərib.
“İran hakimiyyəti indiyə kimi hər yanacaq sisterni, vizaların müddətinin uzadılması və s. bu sayaq məsələlərlə bağlı Əfqanıstan sahibkarlarını cərimələyib, onlardan qanunsuz yolla pul alıblar. Bütün bunlar Tehran hakimiyyətinin qeyri-qanuni fəaliyyətinin nəticəsidir” - deyə, palata sədri söyləyib.
Bununla yanaşı, Məhəmməd Qurban Haqcu İslam Respublikasının Kabildəki səfirinin söylədiklərini də təkzib edib. O, Əfqanıstana aid yanacaqla dolu çənlərin indiyədək İranla sərhəddə saxlanıldığını bildirib. Ticarət-sənaye palatasının məlumatına əsasən, İslam Respublikası ərazisində hələ də Əfqanıstana məxsus 2 minə yaxın çən saxlanılır.
Qeyd edək ki, Tehranın Kabildəki səfiri Fədahüseyn Maliki bu günlərdə bəyan etmişdi ki, Əfqanıstanın bütün yanacaq daşıyan avtomobilləri sərhədi keçib: “İran ərazisində yalnız 160 belə çən qalıb”.
Bir aydan artıqdır ki, İran hakimiyyəti tranzit xətti ilə ölkə ərazisindən İraq və Türkmənistan benzinini Əfqanıstana daşıyan 2500 tankerin hərəkətinə məhdudiyyət qoyub. İran rəsmiləri bunu həmin yanacağın NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin ixtiyarına veriləcəyindən ehtiyatlanmaları ilə izah edirdi. Rəsmi Kabil isə Tehranın iddialarını əsassız sayıb.
Ancaq baş verənlərdən, eləcə də Əfqanıstanın maliyyə nazirinin yanacağın bahalaşması ilə bağlı dediklərindən belə ehtimal etmək olar ki, Tehran hakimiyyəti benzin, qazoyl və s. yanacaq növlərinin ölkə ərazisindən keçərək daşınmasına “öz qiymətini oxuyub”. Talibana qarşı mübarizə aparan müttəfiqlərin qoşunu, NATO isə hələ də Əfqanıstandadır. Bu baxımdan, İslam Respublikası fürsətdən istifadə edərək, dolayı yolla NATO-ya satılan yancağın qiymətini də artırıb.
Sədrəddin Soltan

539