Dövlət Bağçalı terror təhlükəsi ilə üz-üzə
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin hüquq-mühafizə orqanları bununla bağlı Dövlət Bağçalı və Oqtay Vurala xəbərdarlıq edib. Dövlət Bağçalının mühafizəçiləri Ankarada polis şöbəsinə dəvət ediliblər. Onların nəzərinə çatdırılıb ki, Dövlət Bağçalı və Oqtay Vuralın adları “DHKP-C” terror təşkilatının ölüm siyahısında yer alıb. Xəbərdarlıqdan sonra Dövlət Bağçalının mühafizəsi gücləndirilib.
                            
                            
                            
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0