Misirdə ölənlərin sayı artır
Bu səhər Qahirənin Təhrir meydanında prezident Hüsnü Mübarək tərəfdarları və əleyhdarları arasında baş verən silahlı qarşıdurmada ölənlərin sayı 5 nəfərə çatıb. Ümumilikdə isə 2 gün ərzində ölənlərin sayı 8 nəfər olub. Lent.az-ın “ƏL-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, yüzlərlə yaralı var.
ABŞ-ın dövlət katibi Hillari Klinton Misirin vitse-prezidenti Ömər Süleymana zəng edib, Hüsnü Mübarək tərəfdarları və əleyhdarları arasında baş verən olayların hər kəsi şoka saldığını söyləyib. Hillari Klinton bu olaya görə məsuliyyət daşıyanların tapılması üçün araşdırılma aparılmasını istəyib. Vaşinqtonun artıq Hüsnü Mübarəkin tezliklə hakimiyyətdən getməsini istədiyi də məlum olub. Hillari Klinton Misirdə keçid dövrünün dərhal başlamasını zəruri sayıb. Ağ Evin sözçüsü Robert Gibbs də deyib ki, demokratiyaya yönəlik dəyişiklik dərhal həyata keçirilməlidir. Fransa prezidenti Nikolas Sarkozi də analoji bəyanat verib.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Hüsnü Mübarəki hakimiyyətdən əl çəkməyə çağırıb.
Misir Xarici İşlər Nazirliyinin sözçüsü Hüsam Zeki isə bu çağırışlara sərt cavab verib. O, Misirdə hakimiyyət dəyişikliyi ilə bağlı məsələni qəbul etmədiklərini, bu çağırışların Misirdəki olayları qızışdırmağa yönəldiyini vurğulayıb: “ABŞ, İngiltərə, Fransa kimi Qərb ölkələrinin, hətta Türkiyənin bu durumda rol oynamağa çalışması, Misirdəki proseslərə burunlarını soxması çox üzücüdür. Bu dövlətlər öz işləri ilə məşğul olsunlar. Bu ölkələrin bütün sərhədləri keçərək Misir xalqı adından danışmaları Misir xalqı və hökuməti tərəfindən rədd edilir”.

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39