Qahirədə toqquşmalar başladı - FOTO
02 fevral 2011 16:33 (UTC +04:00)

Qahirədə toqquşmalar başladı - FOTO

Bu gün Qahirənin Təhrir meydanında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin minlərlə tərəfdarı müxalifətin qurduğu barrikadaları dağıtmağa başlayıb.

Toqquşma zamanı yaralananlar olub.

Qeyd edək ki, bu gün Misir Silahlı Qüvvələri Hüsnü Mübarəkin istefasını tələb edən insanları küçələrdən evlərinə dönməyə çağırıb. Misir müxalifəti isə xalq kütlələrini aksiyaları davam etdirməyə çağırıb. Aksiyaların təşkilində əsas rolu oynayan Müsəlman Qardaşları Hərəkatı isə hökumətlə danışıqlar aparmayacaqlarını bəyan edib. Hərəkat bu həftənin cümə günü Hüsnü Mübarəki hakimiyyətdən uzaqlaşdırmaq üçün Prezident Sarayına yürüşə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar