Hindistanda əcaib qəza: 14 ölü, 14 yaralı
Lent.az-ın “NDTV” telekanalına istinadən verdiyi məlumata görə, evlərinə qayıtmaq üçün qatarın vaqonlarının damına çıxan 14 gənc həyatını itirib, 14 gənc isə körpüyə çırpılaraq xəsarət alıb.
Qeyd edək ki, yanvarın 31-də Laknau şəhərindən 250 kilometr qərbdə yerləşən Bareyli şəhərində əmək yarmarkası keçirilib. Bixar və Uttar-Pradeş vilayətində yaşayan 10 minlərlə işsiz gənc yarmarkaya axışıb. Ancaq sərhədçilər yarmarkanın keçirilməsinə icazə verməyiblər. Əsəbiləşmiş gənclər qarşılarına çıxan obyektləri talan edib, avtobus və mağazaları yandırıblar.
Dəmir yol qurumunun rəhbərliyi bildirib ki, onlar planlaşdırılan yarmarkadan xəbərsiz olublar və buna görə də qatarlara əlavə vaqonlar qoşulmayıb. Buna görə də yarmarkaya gedənlər geri qayıdarkən yer tapmadıqları üçün vaqonların damına çıxıblar. Şahcahanpur şəhərində isə vaqonun üzərində olanların çoxu alçaq körpünü görməyib. Körpüyə çırpılan onlarla gənc aşağı yuvarlanıb. 6 nəfər hadisə yerində, 8 nəfər xəstəxanaya aparılarkən vəfat edib. Xəstəxanaya yerləşdirilən 14 nəfərdən 6-nın vəziyyəti ağırdır.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13