İtaliyada tutulan çeçen kamikadze qadının qardaşı çıxdı
02 fevral 2011 11:24 (UTC +04:00)

İtaliyada tutulan çeçen kamikadze qadının qardaşı çıxdı

0
İtaliyada saxlanılan və mətbuatının çeçen silahlılarının lideri Doku Umarovun qardaşı kimi təqdim etdiyi şəxsin Moskvanın “Lubyanka” metrostansiyasında partlayış törədən Məryəm Şərifovanın qardaşı olduğu üzə çıxıb. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, məhz 35 yaşlı Ənvər Dağıstandan gəlmiş bacısını metroya qədər müşayiət edib.

Dağıstanın Untsukulsk rayonunun Balaxanı kəndində yaşayan Ənvərin atası Rəsul Məhəmmədov oğlunun saxlanıldığını jurnalistlərdən eşidib. O deyib ki, partlayışdan sonra Ənvər hüquq-mühafizə orqanlarının onu incidəcəyindən ehtiyatlanaraq Rusiyanı tərk edib: “O, bir daha cəhənnəm dairəsinə qayıtmaq istəmir. Ənvər Dağıstanda qanunsuz olaraq istintaq təcridxanasına salınıb və buna görə də Moskvaya gedib. Həm də Ənvər metroda partlayış baş verən zaman Türkiyədə olub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar