Mübarəkin sarayına yürüş olacaq
Ötən gecə Misir prezidenti Hüsnü Mübarəkin sentyabrda keçiriləcək seçkilərdə namizəd olmayacağını, ancaq seçkilərə qədər istefa verməyəcəyini açıqlaması Qahirədəki Təhrir meydanına toplaşan milyonlarla insanı razı salmayıb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin istefasını tələb edən kütlə Təhrir meydanını tərk etmək istəmir və tələbləri yerinə yetirilənə qədər aksiyanın davam edəcəyi vurğulanır.
O da məlum olub ki, həftənin cümə günü Prezident Sarayına yürüş olacaq. Məqsəd Hüsnü Mübarəkin istefa verərək ölkəni tərk etməsinə nail olmaqdır.
Bu arada İsgəndəriyyə şəhərində Hüsnü Mübarək tərəfdarları və əleyhdarları arasında toqquşma baş verdiyi barədə xəbərlər gəlib. Hərbi hissələr daş və dəyənəklərlə silahlanan tərəfləri ayırmağa çalışsa da, buna nail ola bilməyib. Şahidlər çoxlu sayda yaralının olduğunu bildirirlər.

Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29