Mübarək “istefa vermirəm” dedi
Misir prezidenti Hüsnü Mübarək Misir xalqına müraciət edib. APA-nın xəbərinə görə, H. Mübarək Misir xalqına etdiyi xidmətlərdən danışıb, hazırkı vəziyyət barədə məlumat verib.
Onun sözlərinə görə, Misirdə xalq iğtişaşlarının baş verməsi bəzi qrupların siyasi maraqlarına xidmət edir.
O, baş vermiş hadisələrdən sonra yeni hökumət qurduğunu, bu hökumətin gənclərin tələblərini nəzərə alacağını, bir çox təbəqənin etirazına səbəb olan problemləri həll edəcəyini, xüsusilə demokratiya məsələsinə həssas yanaşılacağını söyləyib. Mübarək Konstitusiya dəyişiklikləri də vəd edib.
O, müxalifətə yeni hökumətlə işbirliyi üçün dialoq təklif etdiklərini, lakin bunun müxalifət tərəfindən qəbul olunmadığını bildirib.
Mübarək “Mən heç vaxt iqtidar ardınca qaçmadım. Mən həm də ordunun təmsilçisiyəm. Bu gün ilk vəzifəm ölkədə sabitliyi yenidən təmin etməkdir” deyib.
Misir prezidenti bütün hallarda qarşıdakı seçkilərdə iştirak etməyəcəyini söyləyib. Amma o, indiki halda vəzifəsindən istefa vermək fikrində olmadığını da, Misiri yeni hökumətə və başçıya sabitlik şəraitində və qanuni yollarla təhvil vermək istədiyini söyləyib: “ Bir neçə ay boyunca vəzifəmin başında olacam və bu müddət ərzində sabitliyi qorumağa çalışacam”.
O, Məclisdən seçim müddətini sürətləndirməyi də xahiş etdiyini söyləyib.
H. Mübarək polisə müraciət edib, vətəndaşları dogru və qanuni qorumalarını istəyib, senzura yetkililərindən isə rüşvətə bulaşanları, həmçinin son hadisələrdə yanğın törədənləri tapıb cəzalandırmağa çağırıb.
Hüsnü Mübarək Misir xalqın önündə keçirdiyi xidmətdən qürur duyduğunu bildirib: “Mən burda doğuldum, bu ölkəyə xidmət etdim, burda da öləcəyəm. Buraxın, mənim də, digərlərinin də fəaliyyətinə tarix qiymət versin” deyən Mübarək çıxışını bitirib.
Qeyd edək ki, Misirin paytaxtı Qahirə şəhərinin Təhrir meydanına toplaşan xalq kütlələrinin sayı 2 milyona çatıb. Hökumətin yolları bağlamasına və ictimai nəqliyyatın hərəkətini dayandırmasına baxmayaraq, meydana toplaşanların sayı artır.
Misir müxalifətinin liderlərindən olan Məhəmməd Əl-Baradei “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində prezident Hüsnü Mübarəkə ultimatum verib: “Mübarək cümə gününə qədər hakimiyyəti tərk etməlidir”.

660