Türk-erməni dostluğunun simvolu sayılan abidə sökülür
APA-nın xəbərinə görə, Qars Bələdiyyəsi Məclisinin bugünkü toplantısında keçirilən müzakirələrin nəticəsindəki səsvermədə AKP-ni təmsil edən 11, MHP-nin 8 üzvü heykəlin sökülməsi ilə bağlı qərarın lehinə, CHP-dən olan 4 nəfər isə əleyhinə səs veriblər.
Qars Bələdiyyəsinin başqanı Nevzat Bozkuş tezliklə abidənin sökülməsi üçün işə başlanacağını, bununla bağlı tender elan ediləcəyini bildirib.
Bələdiyyə başqanı heykəlin sökülməsindən sonra ərazinin tarixi quruluşuna uyğun abadlaşdırma işləri görüləcəyini də deyib.
Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk APA-ya bildirib ki, qərardan sonra texniki hesablamalar aparılacaq və abidə söküləcək: “Abidənin başqa bir yerə aparılması məsələsi də var idi. Belə ki, İzmir şəhərinin Karşıyaka bələdiyyəsi bu abidəni bizim bələdiyyədən istəmişdi. Karşıyaka bələdiyyəsinin başqanı da bura gəlmişdi. Onlar abidəni Karşıyakadakı bir parkda ucaltmaq istəyirdilər. Lakin həmin bələdiyyə sonradan bizə abidəni apara bilməyəcəkləri barədə raport göndərdilər. Beləliklə, abidə heç bir yerə aparılmadan yerindəcə söküləcək”.
Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29