
Təyyarə qəzası İranın nəqliyyat nazirini postundan etdi
0
0
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İran parlamentinin bugünkü iclasında bir qrup millət vəkili tərəfindən haqqında etimad səsverməsi keçirilməsi tələbi verilən Həmid Behbahaninin vəzifədə qalıb-qalmaması ilə bağlı səsvermə keçirilib.
Nəqliyyat nazirinin vəzifədən uzaqlaşdırılması qərarı 78-ə qarşı 147 səslə qəbul edilib, 9 millət vəkili isə bitərəf qalıb. Həmid Behbahaninin uçuş təhlükəsizliyini artırma istiqamətindəki vədlərini yerinə yetirə bilmədiyi və 9 yanvarda 78 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasına dair açıqlamaları səbəbindən vəzifədən uzaqlaşdırıldığı bildirilib.
0
0