Ərdoğan Mübarəkə səsləndi
01 fevral 2011 15:23 (UTC +04:00)

Ərdoğan Mübarəkə səsləndi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisindəki çıxışında Misirdə baş verən olaylara münasibət bildirib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, xalq qarşısında heç bir iqtidar duruş gətirə bilməz.

Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Hüsnü Mübarəkə çağırış edib: “Hüsnü Mübarəkə səmimi bir tövsiyə etmək istəyirəm. Biz insanıq, daimi deyilik, bir zaman hamımız öləcəyik. Hər birimizin getdiyi yer 2 metrlik çuxurdur. Sənin özünlə bərabər bu dünyadan aparacağın yalnız kəfən olacaq. Ona görə də o kəfənin qədrini, qiymətini bilək. Həm vicdanımızın səsinə, həm xalqımızın səsinə, onların xeyir və ya bəd dualarına hazır olaq. Ona görə də deyirəm ki, xalqın səsinə, insani tələblərinə qulaq asın, qulaq asaq. Xalqın dəyişiklik arzusunu tərəddüd etmədən qarşılayın. İstismarçıların, qaranlıq dairələrin Misir üzərində ssenarilərinin həyata keçməsinə fürsət vermədən öncə siz addım atın. Xalqı təmin edəcək addımlar atın”.

Türkiyənin baş naziri vurğulayıb ki, bu gün dünyada azadlıqların qarşısı artıq alına bilməz: “Aylarla sürən seçkilərin adı demokratiya ola bilməz, biz 24 saata seçkini bitiririk. İstəyimiz bu olayların böyük acılara səbəb olmadan təcili sona çatması, xalqın hüquqi və haqlı tələblərinin yerinə yetirilməsidir. Qardaş Misir xalqının yanında olmağa davam edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03