Misir vitse-prezidenti Hüsnü Mübarəkə “istefa” dedi
31 yanvar 2011 17:27 (UTC +04:00)

Misir vitse-prezidenti Hüsnü Mübarəkə “istefa” dedi

Lent.az-ın “Aş-Şuruk” qəzetinə istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin vitse-prezidentin planına necə reaksiya verdiyi hələ məlum deyil.

Plan 82 yaşlı Hüsnü Mübarəkin hakimiyyətdən əl çəkməsini, hakimiyyətin irsən ötürülməsinin yolverilməzliyini, yeni hökumətin biznes nümayəndələrindən formalaşdırılmamasını, Konstitusiya islahatları aparılmasını və hakim Milli-Demokratik Partiyanın rəhbərliyində dəyişikliyi nəzərdə tutur.

Omar Süleyman Hüsnü Mübarəkin istefası tələbi ilə ölkədə kütləvi aksiyalar başlaması fonunda vitse-prezident təyin edilib. Hüsnü Mübarək 30 il ərzində müavini olmadan ölkəni idarə edib. Prezident istefa verərsə, onun yerini vitse-prezident tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar