”Mübarəki dəfn etməyin!”
31 yanvar 2011 16:16 (UTC +04:00)

”Mübarəki dəfn etməyin!”

İsrail ABŞ və Avropa ölkələrini Misir prezidenti Hüsnü Mübarəkə yönəlik tənqidlərini azaltmağa çağırıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, İsrail müttəfiqlərini inandırmağa çalışır ki, Hüsnü Mübarək rejiminin mövcudluğu Qərbin də maraqlarına uyğundur.


İsrailin baş naziri Binyamin Netenyahu nazirlərə Misirdə baş verənlərlə bağlı hər hansı şərh verməkdən yayınmağı tapşırıb. Şənbə günü İsrail Xarici İşlər Nazirliyi ABŞ, Kanada, Çin, Rusiya və əsas Avropa ölkələrində olan 10 səfirliyə xüsusi təlimat göndərib. Təlimatda səfirlərə təcili olaraq,? Misirdə stabilliyin vacib olduğunu həmin ölkələrin rəhbərliyinin diqqətinə çatdırmaq tapşırılır.

Qeyd edək ki, bu gün Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən xüsusi sessiyada Misirdəki vəziyyəti müzakirə edəcəklər və vahid bəyanat qəbul olunacaq.

Binyamin Netenyahu Nazirlər Kabinetinin son iclasında qeyd edib ki, Amerika və Avropa liderləri ictimai fikrin təsiri altına düşüblər, uzunmüddətli maraqları nəzərə almırlar: “Misir və İsrail arasında 30 ildir ki, sülh mövcuddur. Bizim vəzifəmiz bu münasibətlərin ömrünü uzatmaqdır. Biz Misirdə baş verənləri diqqətlə izləməli, təhlükəsizlik və sabitliyin təmin olunmasına çalışmalıyıq”.


Yüksək vəzifəli İsrail diplomatlarından biri isə İsrail mətbuatına açıqlamasında bildirib ki, Amerika və Avropa liderləri ictimai rəyin təsiri altına düşüb və uzunmüddətli maraqları nəzərə almırlar: “Hətta onlar Hüsnü Mübarəki tənqid edirlərsə, bunu elə etməlidirlər ki, Qərbin digər dostları tək qaldıqlarını düşünməsinlər. İordaniya və Səudiyyə Ərəbistanı Qərbin reaksiyasını, onların Hüsnü Mübarəkdən necə üz döndərdiyini görür. Bunun ciddi nəticəsi olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar