Banqkokdan qan qoxulu xəbər
Tailandda da aləmdə qarışır. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Demokratiya Uğrunda Xalq Alyansının liderləri bəyan ediblər ki, əgər hökumət onların tələbini yerinə yetirməsə, bu gün hökumət binasını hücumla ələ keçirəcəklər.
Qeyd edək ki, artıq 3 gündür, paytaxt Banqkokun tarixi mərkəzi Ratçadamnen prospektində “sarıköynəklilər” geniş miqyaslı kütləvi aksiya keçirirlər. Onlar baş nazir Abxisit Vetçaçivi qonşu Kambocayla mübahisəli məsələ ilə bağlı heç bir addım atmamaqda günahlandırırlar. 5 mindən çox insanın qatıldığı aksiyada hökumətin Tailandın YUNESKO-nun Ümumdünya Tarixi İrs Komitəsindən çıxmaqla bağlı qərar verməsi istənilir.
Məsələ ondadır ki, Komitə 2008-ci ildə iki ölkə sərhədində yerləşən mübahisəli induist məbədinin Kambocaya aid olması barədə qərar çıxarıb. İki ölkə arasında da 2000-ci ildə sərhəd məsələləri ilə bağlı memorandum imzalanıb. Aksiyaçılar bu memorandumun da ləğvini tələb edirlər.
Ancaq ekspertlər hökumətin bu tələbləri yerinə yetirməsini mümkünsüz sayır, “sarıköynəklilər”in sadəcə, baş naziri ölkədə qəddar addımlar atmağa sövq etmək istədiklərini bildirirlər. Nazirlər Kabineti də bu tələblərin yerinə yetirilməsinin dövlət təhlükəsizliyinə ciddi zərbə olacağını bəyan edib.
Xatırladaq ki, məbədlərin hansı ölkəyə məxsus olması və sərhədlərin demarkasiyası Tailand və Kamboca üçün ağrılı məsələdir. İki il ərzində bu sərhəddə qanlı qarşıdurmalar olub.

501