Medvedev Türkiyədən 30 milyon avroya yaxta alıb
26 yanvar 2011 18:29 (UTC +04:00)

Medvedev Türkiyədən 30 milyon avroya yaxta alıb

Rusiya prezidenti Dmitri Medvedev 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunları dönəmində dövlət və hökumət başçılarını qəbul etmək üçün Türkiyədən yaxta alıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, “Proteksan-Turquoise” şirkətinin hazırladığı yaxtanın qiyməti 30 milyon avrodur.

Uzunluğu 53 metr olan yaxta 2009-cu ilin yanvarında suya buraxılıb. Yarım il sonra isə bu yaxtanı Rusiya prezidentinin İşlər İdarəsi alıb. Sürəti saatda 33,3 kilometrə çatan yaxtada 6 vip-kayuta var. Yaxtada 12 heyət üzvü çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar