“Domodedovo”dakı partlayış xristianların işi ola bilər - FOTOROBOT
Moskvadakı “Domodedovo” hava limanındakı partlayışla bağlı müəmmalar artır. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, partlayışı xarici görünüşünə görə qafqazlıya oxşayan şəxsin törətdiyi barədə versiya özünü doğrultmur.
“Komsomolskaya pravda” hadisənin Sergey adlı şahidinə istinadən yazır ki, terrorçu-kamikadze partlayışı həyata keçirməmişdən öncə ətrafındakılara özü barədə məlumat verib. Amma şahid nə onun adını, nə də doğulduğu yeri yadında saxlamayıb. O, ancaq kamikadzenin 35 yaşı olduğunu xatırlayır. Bundan sonra terrorçu “İndi siz hamınız öləcəksiniz” və ya “İndi sizin hamınızı partladacağam” qışqırıb, gödəkcəsinin yaxasını açıb və düyməni basıb.
Terrorçu kamikadzenin qopmuş başının şəkli də dərc olunub. Həmin şəkildə onun avropalı xarici görünüşə malik şəxs olduğu görünür. Bəzi KİV-lərin terrorçunun qafqazlı olduğu barədə iddiası isə təsdiq olunmur. Hüquq-mühafizə orqanları bəyan ediblər ki, partlayışı 35-40 yaşında avropalı xarici görünüşə malik kişi törədib.
Artıq rəssamlar dərc olunan şəklin əsasında terrorçunun portretini çəkiblər. “D3 Media group” dizayner şirkəti də terrorçu-kamikadzenin mümkün fotorobotunu hazırlayıb.
“Moskvoskiy komsomolets” qəzeti isə yazır ki, hüquq-mühafizə orqanları hadisə yerindən terrorçu-kamikadzenin cəsədlərinin qalıqları ilə yanaşı çox təəccüblü əşyaya rast gəliblər. Cəsədin yanındakı kisədə “Bibliya” və xristian təriqətli digər dini ədəbiyyat olub...

Oxşar yazılar

Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56